Azərbaycanda ümumi təhsil müəssisələrində müəllimlərin 81 faizi qadınlardır

Azərbaycanın ümumi təhsil müəssisələrində müəllimlərin 81 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 54,8 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır.

Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

Ümumi təhsil müəssisələrində təhsilalanların 46,4 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 62,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,9 faizi qızlardır.

Əvvəlki məqaləKosovoda seçki nəticələri rəsmən açıqlanıb
Növbəti məqalədəVəkil Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarılıb