Almaniyada ultrasağçı partiyanın fəaliyyəti nəzarətdə saxlanılacaq

Almaniyada ultrasağçı partiyanın fəaliyyəti nəzarətdə saxlanılacaq
4 Mart 2021
Mətni dəyiş

Almaniyada ultrasağ kimi qəbul olunan "Almaniya Üçün Alternativ" partiyasının həm federal, həm də əyalətlərdəki fəaliyyəti Almaniya daxili kəşfiyyat qurumu olan Konstitusiya Qoruma Təşkilatı (BfV) tərəfindən izlənəcək.

Ölkə mətbuatında yayılan məlumatlara görə, Konstitusiya Qoruma Təşkilatının rəhbəri Tomas Haldevanq "Almaniya Üçün Alternativ" partiyasının təhdid kimi görüldüyünü bildirib.

Bununla əlaqədar qərara uyğun olaraq, Konstitusiya Qoruma Təşkilatı AfD-ni kəşfiyyat vasitələrindən istifadə edərək və partiya daxilindəki mənbələrindən məlumat alaraq nəzarətdə saxlaya biləcək.

Afd həmsədri Tino Chrupalla deyib ki, Konstitusiya Qoruma Təşkilatının idarəetməsi qalmaqallıdır.

Bundan əvvəl də partiyanın və partiyaya aid gənclər qollarının aşırı fəaliyyəti hüquqi prosedurlara səbəb olmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun