ABŞ prezidenti may ayının sonlarına qədər ölkənin bütün vətəndaşlarını peyvəndlə təmin edəcəklərini deyir

ABŞ prezidenti may ayının sonlarına qədər ölkənin bütün vətəndaşlarını peyvəndlə təmin edəcəklərini deyir
3 Mart 2021
Mətni dəyiş
ABŞ prezidenti Co Bayden may ayının sonlarına qədər ölkədə koronavirusa qarşı bütün vətəndaşları peyvəndləmək üçün kifayət qədər vaksin alınacağını bəyan edib. O bu haqda martın 2-də Vaşinqtonda çıxışı zamanı deyib. Amerikanın ehtiyac duyduğu vaksinləri Johnson & Johnson şirkəti istehsal edəcək. Bunun üçün o xüsusi təcili icazə alıb və həftənin 7 günü, günün 24 saatı işləyəcək. Bu minvalla şirkət 100 milyon doza vaksini may ayının sonuna qədər istehsal etməyi planlaşdırır. Bu vaksinin əsas xüsusiyyətləri odur ki, onun üçün xüsusi saxlanma şəraiti tələb edilmir, həmçinin xəstəliyə qarş immunitet yaranması üçün cəmi bir dəfə peyvəndləmə bəs edir. Bayden həmçinin bildirib ki, mart ayının sonlarına qədər ölkədəki bütün pedaqoqlar peyvəndlənməlidir ki, tezliklə məktəblər açıla bilsin. Onun sözlərinə görə uşaqları mümkün qədər tez bir zamanda məktəbə qaytarmaq lazımdır. ABŞ-da indiyə qədər ümumilikdə 52 milyon insan ilk vaksin iynəsini vurdurub. Hə iki vaksin iynəsini vurduranların sayı isə 26 milyon insandır. ABŞ-ın bir çox ştatlarında artıq karantin məhdudiyyətləri götürülür, məsəlçün, Texas ştatında maska taxmaq məcburiyyəti və restoranların işləmə məhdudiyyəti aradan qaldırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun