ABŞ Navalnın həbsində iştirak edən yüksək vəzifəli Rusiya rəsmilərinə sanksiya qoyub

ABŞ Navalnın həbsində iştirak edən yüksək vəzifəli Rusiya rəsmilərinə sanksiya qoyub
3 Mart 2021
Mətni dəyiş

Avropa Birliyi ölkələrinin daimi nümayəndələri Rusiyanın müxalifət lideri Aleksey Navalnının həbs olunmasında iştirak edən Rusiya vətəndaşlarına qarşı sanksiyaların təsir dairəsini müəyyən etməyə başlayıb.

ABŞ-ın Maliyyə Nazirliyi Birləşmiş Ştatların sanksiya tətbiq etdiyi rusiyalıların siyahısını dərc edib.

Sanksiyalar siyahısına Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Cəzaların İcrası Federal Xidmətinin rəhbəri Aleksandr Kalaşnikov, baş prokuror İqor Krasnov, müdafiə nazirinin müavini Pavel Popov, müdafiə nazirinin digər müavini Aleksey Krivoruçko, Kreml Administrasiyası rəhbərinin birinci müavini Sergey Kirienko və Kremlin Daxili Siyasət İdarəsinin rəhbəri Andrey Yarinin adları salınıb.

Avropa Birliyi ölkələri Rusiya müxalifətinin lideri Aleksey Navalnın həbsi ilə əlaqədar 22 fevralda Rusiya vətəndaşlarına qarşı sanksiya tətbiq etməyi qərara almışdı.

Müxalifət liderinin həbsi...

Avqust ayında Sibirdən Moskvaya qayıdarkən təyyarədə səhəti pisləşən 44 yaşlı Rus müxalifət lideri Aleksey Navalnının zəhərləndiyi iddia edilib. Navalnı 22 avqustda xüsusi təyyarədə müalicə üçün Omsk-dan Berlinə aparılıb.

Almaniya Rusiya müxalifətinin liderinin zəhərləndiyindən əmin olduqlarını açıqlamışdı. Navalnı müalicəsini başa vurduqdan sonra, bu ilin 17 yanvarında öz ölkəsinə qayıdıb.

Moskvanın Simonski məhkəməsi, fevralın 2-də müxalifət lideri Aleksey Navalninin indiyə kimi olan şərti cəzasını gerçək həbs cəzası ilə əvəz edib. Onun barəsində 2014-cü ildə "İv Roşe" işi ilə bağlı çıxarılmış 3 il yarımlıq şərti cəza yenidən qüvvəyə minib.

Məhkəmənin qərarında deyilir ki, Navalnı bu cəzanın 2 il yarımını çəkəcək, çünki o 2014-cü ildə bir müddət ev məhbusu olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun