Yerevan səmalarında qırıcı təyyarələr manevr edib, müxalifət xalqı meydanlara çağırır

Yerevan səmalarında qırıcı təyyarələr manevr edib, müxalifət xalqı meydanlara çağırır
25 Fevral 2021
Mətni dəyiş
Ermənistan Silahlı Qüvvələrinin çoxməqsədli Su-30 qırıcı təyyarələri paytaxt Yerevanın üzərində manevrlər edib. Ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar bu hadisəni alqışla qarşılayıblar. Müdafiə Nazirliyi təyyarələrin təlim uçuşu gerçəkləşdirdiyini açıqlayıb. Digər tərəfdən müxalif "Vətənin Xilası Hərakatı"nın əsas simalarından olan İşxan Saqatelyan deyib ki, Nikol Paşinyanın əmri ilə yüksək vəzifəli hərbçilərin həbs olunacağı gözlənilir, buna görə də o xalqı meydanlara çıxmağa və müxalifətin baş nazir vəzifəsinə namizədi Yuri Xaçaturovun mitinqinə qoşulmağa səsləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun