Yapon şirkətləri uyğurların əməyini istismar edən Çin şirkətləri ilə əməkdaşlığı dayandırır

Yapon şirkətləri uyğurların əməyini istismar edən Çin şirkətləri ilə əməkdaşlığı dayandırır
22 Fevral 2021
Mətni dəyiş
12 böyük Yapon şirkəti Çinin Sincan bölgəsində müsəlman uyğur azlığının zorla işləməyə məcbur edildiyi subuta yetirilən Çin şirkətləri ilə müqavilələrinə yenidən baxmağa qərar verib. Dünyada məşhur olan 12 yapon şirkəti Çindəki ortaqları ilə əməkdaşlıqlaırnı dayandıracaqlarını, yaxud da bu haqda yenidən düşünəcəklərini elan ediblər. Onların arasında Sony, Toshiba, Hitachi, Fast Retailing, Ryohin Keikaku kimi beynəlxalq ticarət işi ilə məşğul olan markalar da var. ABŞ və İngiltərə Sincandan gələn pambıq və başqa malların idxalına məhdudiyyət qoyduqdan sonra başqa ölkələrə də "insan haqqlarının pozulmasına qarşı birgə addımlama" tələbi ilə təzyiqlər göstərir. Yaponiyada nəşr olunan Japantimes qəzeti yazır ki, Yaponiya höküməti Çini qıcıqlandırmamaq üçün bu cürə sanksiyaları ləng tətbiq edir və passiv müşahidəçi kimi özünü göstərir. Digər yandan Avstraliyada fəaliyyət göstərən Strateji Siyasət İnstitutunun keçən ilki hesabatına görə dünyada 80-dən çox qlobal şirkət Sincan və onun xaricində məcburi əməyə cəlb edilən uyğur işçilərin işlədiyi Çin sənaye müəssisələri ilə birbaşa və ya dolayı yolla əməkdaşlıq edir. Yaponiyada isə uyğurların məcburi əməyi ilə işlədilən zavod və fabriklərlə əməkdaşlığı davam edib-etməyəcəkləri haqda rəyi soruşulan 14 böyük yapon şirkətinin 13-ü zorla məcburi əməyə cəlb edilən insanların əməyi ilə işlədiyi sübuta yetirilmiş Çin şirkətləri ilə əməkdaşlıqları rədd etdiklərini bildiriblər. Təkcə "Panasonic" şirkəti jurnalistlərin bütün sorğularını cavabsız qoyub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun