ÜST nümayəndəsi: Koronavirus epidemiyası 2022-ci ilin əvvəllərində bitəcək

ÜST nümayəndəsi: Koronavirus epidemiyası 2022-ci ilin əvvəllərində bitəcək
22 Fevral 2021
Mətni dəyiş
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə bölgə direktoru Dr. Hans Kluge Covid-19, koronavirus pandemiyasının 2022-cilin əvvəllərində bitəcəyini və bu xəstəliklə bağlı ən pis ssenarinin artıq keçmişdə qaldığını deyib. Hans Kluge Danimarkanın dövlət televiziyası DR-ə müsahibəsində deyib ki, 2021-ci ildə də Covid-19 virusunun bütün dünyada öz təsirini göstərəcəyini, ancaq 2020-ci illə müqaisədə xəstəliyin daha yumuşaq və idarəolunan olacağını vurğulayıb. Kluge xəstəlik haqda artıq 2020-ci illə müqaisədə daha çox məlumatlarının olduğunu və ona görə xəstəliyin yarada biləcəyi ən pis ssenarilərin geridə qaldığını bildirib. ÜST əməkdaşı xəstəliklə bağlı heç nəyi əvvəldən deməyin mümkün olmadığını qeyd edərkən, anca 2022-ci ilin əvvəllərinə qədər pandemiyanın sonra çatacağını deyib. O həmçinin bildirib ki, virus hələ bir müddət kütləvi yayılacaq, buna görə də məhdudlaşdırmalar olmağa davam edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun