Türkiyənin səhiyyə naziri izdihamlı yerdə sosial məsafəni qorumadığı üçün xalqdan üzr istəyib

Türkiyənin səhiyyə naziri izdihamlı yerdə sosial məsafəni qorumadığı üçün xalqdan üzr istəyib
25 Fevral 2021
Mətni dəyiş
Türkiyə parlamentində jurnalistlərin suallarını cavablayan Səhiyyə Naziri Fəxrəddin Koca bu yaxınlarda Muhammet Emin Saraçın dəfn mərasimində iştirak edərkən sosial məsafəni qorumadığı üçün ictimaiyyətdən üzr istəyib.  Jurnalistin "Mərhum Muhammed Emin Saraçın dəfn mərasimində sosial məsafəni qorumadığınız haqda tənqidlərə necə cavab verərsiniz?" - sualını cavablayarkən nazir deyib ki, "Xüsusilə pandemiya dövründə xəstəliyin necə tüğyan etdiyi və necə yoluxduğunu hamımız bilirik. Qələbəlik yerlərdə və qapalı məkanlarda bu yoluxma daha sürətlə olur, indiyə qədər bunu deməyə çalışmışam. Mən o dəfn mərasimində belə bir şəraitin yaranacağını əvvəldən görə bilmədim. Görməliydimmi? Bəli. Bu mənim qüsurumdur. Vətəndaşlarımızdan bu mənada üzr istəyirəm. 83 milyon insanın hər biri eyni dərəcədə fədakarlıq göstərərək pandemiya dövründə izfihamlı və qapalı yerlərdən uzaq durmağa çalışmalıyıq".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun