Türkiyə daxili işlər naziri Boğaziçi Universiteti hadisələrində keçmiş rektoru ittiham edir

Türkiyə daxili işlər naziri Boğaziçi Universiteti hadisələrində keçmiş rektoru ittiham edir
22 Fevral 2021
Mətni dəyiş
Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu artıq bir neçə aydır ölkənin əsas universitetlərindən biri olan Boğaziçi Universitetində tələbələrin yeni rektor təyinatına etirazına şərh verib. Soylu universitetdə etirazların təşkilatçısı kimi keçmiş rektor Üstün Ergüderi ittiham edib. "Üstün Ergüder bu işlərin mərkəzindədir. Keçmiş rektordur. Hələ də bu işləri qarışdırmaq üçün yazılar yazır, təhrik eləyir. Qoy dediklərimi rədd eləsin. Bu əxlaqsızlığın dibidir və biz buna imkan verməyəcəyik. Kimsə "Gezi" hadisələrinin bənzərini gözləyirsə bunu yuxuda görər" - deyə Soylu türk televiziyasında çıxışında bildirib. Soylu həmçinin universitetdə yaranmış problemlərlə bağlı müəllimləri də qınayıb. "Yeni rektora arxa çevirənlərin çoxu təqaüdə çıxmış müəllimlərdir. Sizə yaraşırmı bu? Sizin elminizə kim qadağa qoydu? Belə şeyə imkan verilərmi? Melih Bulu müəllim neə edib ki, siz universiteti işğal etməyə çalışırsını?" DİN rəhbəri həmçinin rektorların indiyədək seçki ilə seçilməsinin elə də uğurlu sistem olmadığını deyib. O deyib ki, rektor seçiminə hər dəfə 1,5 il sərf olunur, rektor olmaq istəyən adamlar seçki kampaniyası keçirir. Özlərini seçən insanlar ortaya çıxanda başqa cür hadisələr başlayır. Universitetlər seçki mexanizminə çevrilir. Bu doğru üsul deyil.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun