Türkiyədə yeni yaradılan iki partiya seçki nəticələrinə necə təsir göstərəcək?

Britaniyanın ‘Financial Times’ nəşrinin analtikləri Laura Pitel və Funja Güler hakim Ədalət və İnkişaf Partiyasından (AKP) çıxan siyasətçilərin yaratdığı “Gələcək” və “Deva” partiyalarının 2023-cü il seçkilərinə necə təsir edəcəklərini analiz ediblər.

Nəşrə danışan Selçuk Özdağ deyib ki, Türkiyənin iqtidar ittifaqı xəyal qırıqlığı yaşayan Ərdoğan tərəfdarlarını hədəf olaraq görən yeni siyasi qruplaşmadan qorxur.

Nəşrin yaydığı məqalədə analtiklər yaradılan iki partiyanın 20 ildən çox müddətdə ölkəni idarə edən Türkiyə prezidentinə potensial təhdid yaratdığını deyirlər. Məqalədə o da qeyd olunub ki, bir ilk keçməsinə baxmayaraq sürətlə inkişaf etməyən partiyalar hələlik 2-3% səs almaq iqtidarındadırlar.

Analtiklərdən biri Laura Pitelin fikrinə görə, yaxın vaxtlarda 2023 seçkilərinə qatılmaq imkanı əldə edəcək hər iki gənc partiya Ərdoğanı əsəbləşdirib:

“2023-də baş tutması planlaşdırılan seçkilərdə Ərdoğanın seçicikləri arasındakı kiçik itkilər belə səslərin ən azı 50%-ni almalı olan Ərdoğanın baş ağrısı ola bilər. 2018-ci il seçkilərində Ərdoğan 52,6% səs almışdı. Partiyadan qopmalar bu səslərin aşağı düşəcəyinə dair düşüncələri tamamlayır”, – deyə Laura Pitel qeyd edib.

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu AKP-dən ayrılmış şəxslərlə birlikdə yeni siyasi partiya qurduğunu elan edib. Partiya “Gələcək Partiyası” adlandırılıb. Əhməd Davudoğlu ilə yanaşı, Əli Babacan da AKP-dən ayrıldıqdan sonra yeni partiya yaradıb. Yeni yaradılan partiyanın adı “Demokratiya və Tərəqqi Partiyası (DEVA) olub”.