Türkiyə-Azərbaycan-Türkmənistan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır

Türkiyə-Azərbaycan-Türkmənistan Üçtərəfli Xarici İşlər Nazirləri yığıncağı keçiriləcək.

Türkiyə Xarici İşlər nazirliyinin yaydığı məlumata görə, sabah Türkmənistan Xarici İşlər naziri Rəşid Meredovun Türkiyəyə səfəri başlayacaq. Səfər zamanı Türkiyə ilə Türkmənistan arasında ikili münasibətlər və regional mövzular müzakirə ediləcək.

Açıqlamaya görə, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun da iştirakı ilə Türkiyə-Azərbaycan-Türkmənistan nazirlər səviyyəsində 5-ci zirvə görüşü baş tutacaq.

Səfər zamanı Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı ilə, Türkmənistan Xarici İşlər naziri Rəşid Meredovun isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ikili görüşü nəzərdə tutulub.

Görüşlərdə ölkələr arasındakı münasibətlər və regional məsələlər ikili və üçlü formatlarda müzakirə olunacaq.