Tramp üçün də 11 sentyabr terrorunu araşdıran komissiyaya bənzər müstəqil komissiya yaradılır

Tramp üçün də 11 sentyabr terrorunu araşdıran komissiyaya bənzər müstəqil komissiya yaradılır
16 Fevral 2021
Mətni dəyiş

ABŞ Nümayəndələr Palatasıın spikeri demokrat Nensi Pelosi 6 yanvarda baş verən konqres hücumunu araşdırmaq üçün 11 sentyabr terror hücumundan sonra yaradılan komissiya kimi bir komissiyanın yaradılacağını açıqlayıb.

Nümayəndələr Palatasının prezidenti demokrat vəkillərə məktub göndərərək yaradılacaq komissiyanın detalları barədə məlumat verib.

Pelosi 6 yanvar konqress basqınının Amerika tarixində önəmli hadisə olduğunu və hərtərəfli araşdırımalı olduğunu bildirib.

"Təhlükəsizliyimizi təmin etmək üçün atacağımız addım 11 sentyabr hadisəsindən sonra yaradılan müstəqil komissiya kimi bir komissiya yaratmaqdır. Beləliklə, 6 yanvar hadisəsini daha yaxşı araştıra biləcəyik", - deyə ABŞ Nümayəndələr Palatasıın spikeri demokrat Nensi Pelosi qeyd edib.

Yaradılacaq komissiya ilə bağlı detalların yaxın günlərdə açıqlanacağı bildirilib.

Bundan əvvəl, ABŞ Senatı keçmiş prezidentin impiçmenti üzrə prosesdə Donald Trampa bəraət qazandırıb.

İmpiçment lazımi səslərin üçdə ikisini ala bilməyib.

Keçmiş prezidentin impiçmenti üçün 100 senatorun 67-nin səsi lazım idi, lakin 57 senator impiçmentin lehinə, 43 senator isə bunun əleyhinə səs verib və beləliklə Tramp bəraət alıb.

Senatorlar Trampı qiyama təhriketmə ittihamı üzrə günahsız hesab ediblər. Bununla da keçmiş ABŞ prezidentinin impiçment prosesi başa çatıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun