Rusiya - Avropa gərginliyi. Almaniya, Polşa və İsveç hər biri ölkəsindən bir rus diplomatını çıxarıb

Rusiya - Avropa gərginliyi. Almaniya, Polşa və İsveç hər biri ölkəsindən bir rus diplomatını çıxarıb
9 Fevral 2021
Mətni dəyiş
Almaniya, Polşa və İsveç hər biri ölkələrində fəaliyyət göstərən bir rus diplomatını "arzuolunmaz şəxs" elan edib. Almaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, bu addım Diplomatik Münasibətlər Haqda Viyana Müqaviləsinin 9-cu maddəsinə əsasən atılıb. Belə ki, Rusiya höküməti fevralın 5-də müxalifət lideri Navalnının həbsinə etiraz üçün təşkil edilmiş mitinqdə iştirak etdiyi üçün bu ölkənin səfirlik əməkdaşını "arzuolunmaz şəxs" elan edib və Almaniyada bənzər addımla Rusiyaya cavabını verib. Almaniyanın Moskvadakı səfirliyinin bir əməkdaşı ölkədən deport edildiyini xatırladan Almaniya höküməti, "Bu qərar heç bir halda haqlı deyil" deyə qeyd edib. Almaniyanın ardınca Polşa, İsveç də eyni addımı ataraq ölkələrindəki Rusiya səfirliyinin bir əməkdaşını ölkədən deport ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun