Qlobal iş sayəhətləri xərcləri epidemiyaya görə azalıb, bu il artması gözlənilir

Qlobal iş sayəhətləri xərcləri epidemiyaya görə azalıb, bu il artması gözlənilir
3 Fevral 2021
Mətni dəyiş

Qlobal İş Səyahətləri Birliyi (Global Business Travel Association - GBTA) iş səyahəti xərclərinin koronavirusa qarşı peyvəndləmə faizlərinin artması və istehlakçı qüvvənin qayıtması səbəbi ilə 2021-ci ildə 21% artacağını gözlədiyini bildirib.

Təşkilatın yaydığı hesabata görə, bu artımın çoxunun peyvəndlənmə faizinin qlobal səviyyədə artdığı və istehlakçı güvəninin geri döndüyü üçün 2021-ci ilin sonuna qədər baş verəcəyi gözlənilir.

Hesabatda işgüzar səyahət xərclərinin 2025-ci ilə qədər Covid-19-dan əvvəlki səviyyələrə qayıdacağı proqnozlaşdırılıb.

Son illərdə işgüzar səyahət bazarı durmadan böyüyürdü, Covid-19 epidemiyası və onunla birlikdə gələn səyahət qadağaları böyük itkilərə səbəb oldu. Bir çox tədbir ya ləğv edildi, ya da onlayn təşkil olundu.

Epidemiyanın bu sahəyə vurdğu zərər də hesabatlarda özünü çox açıq şəkildə göstərir.

Ekspertlər düşünür ki, texnologiyanın inkişafı və praktiki öyrəncəlik yaxın 5 il ərzində də iş sesteminin onayn şəkildə idarə edilməsinə səbəb ola bilər ki, bu da növbəti hesabatlarda özünü aydın şəkildə göstərəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun