Qara dəniz gərginliyi davam edir, NATO Qara dənizdəki aktivliyinin səbəbini açıqlayıb

Qara dəniz gərginliyi davam edir, NATO Qara dənizdəki aktivliyinin səbəbini açıqlayıb
10 Fevral 2021
Mətni dəyiş

NATO-nun Baş katibi Yens Stoltenberq ittifaqın qara dənizdəki varlığının Rusiyanın hərəkətlərinə cavab olaraq gücləndirildiyini bildirib.

Baş katib Brüsseldə Ukraynanın Baş naziri Denis Şmıqal ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib ki, Kırımın qanunsuz ilhaqından sonra Rusiyanın Qara dənizdə gücləndiyini görürük.

Xüsusilə Rusiya donanmasının gücləndiyini qeyd edən Stoltenberq bildirib ki, NATO Qara dənizdə güclənməyə davam edir: "Son günlər təkcə Amerikanın 3 gəmisi Qara dənizə girdi. Bundan əvvəl Ukrayna ilə birlikdə Qara dənizdə təlimlərimiz olub. Bütün bu olanlar göstərir ki, NATO Qara dənizdə güclənməyə davam edir", - deyə NATO-nun Baş katibi Yens Stoltenberq qeyd edib.

Qara dənizdə gərginlik...

ABŞ-a məxsus USS Donald Cook gəmisinin Qara dənizə çatıb fəaliyyətə başlamasından bəri Rusiyanın Qara Dənizdə Amerikanı narahat edən hərəkətləri ard-arda gəlir.

Gəmi yanvarın 25-də Qara dənizə girdikdən sonra Rusiya Hava Qüvvələrinə məxsus SU-30 və SU-24 döyüş təyyarələri ABŞ-a məxsus gəminin hər hərəkətini yaxından izləyiblər.

Rusiyanın növbəti həmləsi isə Kırım sahillərinə raket sistemləri yerləşdirmək olub.

Qara Dənizdə Amerika gəmisinin olmasından narahatlıq keçirən Rusiya növbəti addımı da atıb.

ABŞ-a məxsus USS Donald Cook gəmisindən çəkilən görüntülərdən aydın olur ki, Rusiyaya məxsus SU-24 döyüş təyyarəsi gəmiyə çox yaxın məsafədən uçuş həyata keçirir.

Rusiya Hava Qüvvələrinə məxsus təyyarə gəmiyə yaxınlaşdıqca alçaqdan uçur və sürətlə yanından keçir.

Daha bir döyüş gəmisi...

Yanvarın 28-i Rusiya Müdafiə Nazirliyi daha bir gəminin, ABŞ-a məxsus USS Porter idarəolunan raket daşıyan gəminin Qara dənizə girdiyini bildirib.

Rusiya Müdafiə Nazirliyinə bağlı Milli Müdafiə İdarəetmə Mərkəzinin verdiyi açıqlamaya görə, Qara dəniz donanması 28 yanvar saat 19:00-da Qara dənizə girən ABŞ Dəniz Qüvvələrinə məxsus USS Porter idarəolunan raket daşıyan gəmini izləməyə başlayıb.

Bundan əvvəl isə ABŞ-ın Ukraynadakı səfirliyi USS Porter idarəolunan raket daşıyan gəminin dəniz təhlükəsizliyi təlimlərinə qatılacağını açıqlayıb. Bəyanatda ABŞ hərbi gəmilərinin Amerikanın NATO müttəfiqlərini və partnyorlarını dəstəkləmək üçün Qara dənizdə mütəmadi olaraq fəaliyyət göstərdikləri qeyd edilib.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov NATO-nun Rusiya sərhədlərinə daha çox texnika və əsgər yerləşdirməsi üçün bəhanə axtardığını, eyni zamanda Rusiyanın heç bir ölkəyə hücum planının olmadığını hər kəsin çox yaxşı bildiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun