Qəzzada subay qadınlara kişi qohumlarının icazəsi olmadan səfər etmək qadağan olunub

Qəzzada subay qadınlara kişi qohumlarının icazəsi olmadan səfər etmək qadağan olunub
16 Fevral 2021
Mətni dəyiş

Həmasın nəzarətində olan Qəzzada şəriət məhkəməsi subay qadınların yaxın qohumlarının icazəsi olmadan səfər etməsini qadağan edib. 

Qadın hüquqlarının pozulması kimi xarakterizə edilən qərarın tənqidlərə səbəb olacağı gözlənilir. Digər tərəfdən də bu il seçkilərə hazırlaşan Həmasın bu qərarla mühafizəkar təbəqənin dəstəyini alacağı deyilir.

Subay qadınların səfər zamanı ataları və qardaşları kimi yaxın qohumlarından icazə almalarını qanunla dəstəkləyən qərar bazar günü bölgədəki şəriət məhkəməsi tərəfindən qəbul olunub.

Qərara görə kişi qohumundan alınan icazə səfərdən öncə məhkəməyə təqdim edilməlidir. Ancaq kişilər heç kimdən icazə almadan istənilən səfəri edə bilərlər, qanun onlara şamil olunmur.

Qərarda o da qeyd olunub ki, evli qadınlar da ərlərinin icazəsi olmadan səfər edə bilməyəcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun