Putin Ermənistandakı qarşıdurmaların Qarabağla bağlı razılaşmaların pozulmasına səbəb olmayacağına inanır

Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin bu gün ölkənin Təhlükəsizlik Şurasının iclasını keçirib və iclasda müzakirə olunan məsələlərdən biri də Dağlıq Qarabağ məsələsi olub.

“İstərdim sizlərdən eşidim, bizim Qarabağdakı sülhməramlılar, fövqəladə hallar üzrə işçilər, sərhədçilər necə işləyir və bu sahədə beynəlxalq təşkilatlarla, beynəlxalq tərəfdaşlarımızla əməkdaşlıq necə gedir” – deyə Putin iclas zamanı Təhlükəsizlik Şurasının üzvlərindən soruşub.

Bundan öncə Putin çıxışında demişdi ki, Ermənistandakı siyasi qarşıdurmaların Qarabağla bağlı razılaşmaların pozulmasına səbəb olacağına inanmır.

Xatırladaq ki, 1988-ci ildən 1994-cü ilə qədər davam etmiş Dağlıq Qarabağ münaqişəsi 2020-ci ilin sentyabr ayında yenidən alovlanmış və noyabr ayında Azərbaycanın aşkar qələbəsi ilə başa çatmışdı. Münaqişəsinin sonunda iki ölkə arasında sülh razılaşmasının bağlanmasında əsas vasitəçiliyi Rusiya prezidenti Vladimir Putin öz üzərinə götürmüşdü.

 

MƏNBƏRia Novosti
Əvvəlki məqaləLukaşenko oğlunu Milli Olimpiya Komitəsinə prezident təyin edib
Növbəti məqalədəBu il ilk dəfə Amerika və Rusiyadan Suriyaya hava zərbələri