Orenburqda qaz kəmərinin partlamasına görə fövqəladə vəziyyət elan olunub

Orenburqda qaz kəmərinin partlamasına görə fövqəladə vəziyyət elan olunub
24 Fevral 2021
Mətni dəyiş

Rusiyanın Orenburq vilayəti ərazisindən keçən federal magistral qaz kəmərində partlayış baş verməsi səbəbindən fövqəladə vəziyyət elan olunub.

Bu barədə Orenburq bələdiyyəsinin sədr müavini Sergey Balıkin məlumat verib.

O bildirib ki, Orenburqun İlek rayonunda fövqəladə vəziyyət elan olunub. Bəzi yerlərdə təzyiq azalsa da bölgənin qaz təminatı kəsilməyib. Təkcə Novosergiyevin iki kəndinə qaz verilişi dayandırılıb

Rusiyanın Energetika naziri Aleksandr Novax da məsələyə münasibət bildirib. Nazir deyib ki, qəzadan sonra istehlakçıların təbii qaz təminatında problem olmayıb.

Bundan əvvəl yayılan məlumata görə, Rusiyadan Qaxaxıstana qaz tranziti dayandırılıb. Bu barədə Rusiyanın Energetika nazirliyinin Telegram kanalı məlumat yayıb. Səbəb kimi Orenburq bölgəsindəki Soyuz boru kəməri hissəsindəki partlayış göstərilir.

Hadisə yerinə qəzanın fəsadlarının aradan qaldırılması üçün qüvvələr cəlb olunub. Qaz kəməri “Gazprom Transgaz Ekaterinburg” adlı şirkətə aiddir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun