Nidaçı fəal Elmir Abbasov 30 sutkalığına həbs olunub

Nidaçı fəal Elmir Abbasov 30 sutkalığına həbs olunub
23 Fevral 2021
Mətni dəyiş
Nidaçı fəal Elmir Abbasov bir neçə gün öncə Sumqayıt polisi tərəfindən saxlanılıb. Məlumat Elmir Abbasovun vəkili Zibeydə Zəkəriyyəyeva tərəfindən təsdiqlənib. Elmir Abbasov İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, 30 sutka müddətinə inzibati həbsə məhkum edilib. Bundan əvvəl Elmir Abbasov bu il yanvar ayının 12-də polislər tərəfindən zorla tutularaq günorta saatlarında küçədə VAZ 2107 markalı avtomobillə polis idarəsinə aparılıb. Elmir Abbasov həmin vaxtı Turan-a müsahibəsində deyib ki: “Avtomobildəki adam mənim adımı dəqiqləşdirdi və rəislə söhbətdən ötrü polisə getmək üçün avtomobilə əyləşməyi təklif etdi. Mən rəsmi çağırış göndərilməsini təklif etdim, amma məni zorla maşına oturtdular və Sumqayıt Polis İdarəsinə apardılar”. Orada ona bildiriblər ki, saxlanmasının səbəbi prezident haqqında tənqidi statusdur. “2 saat mənimlə söhbət etdilər və statusu sildikdən sonra məni buraxdılar”, – E.Abbasov qeyd edib. DİN-dən şərh almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun