NASA Marsın səthindən yazılmış səs yazılarını yaydı

NASA Marsın səthindən yazılmış səs yazılarını yaydı
24 Fevral 2021
Mətni dəyiş
ABŞ-ın milli aeronavtika və kosmik tədqiqatlar agentliyi (NASA) öz twitter səhifəsində yaxın günlərdə Marsa göndərilmiş Perseverance adlı roderin yazdığı səs yazılarını yayımlayıb. "Marsı görəndən sonra indi də ona qulaq asın. Qulaqcıqlarınızı taxın və mikfonlardan biri ilə yazılmış ilk səsləri dinləyin" - deyə NASA-nın Perseverance roveri üçün twitter-də açdığı hesabda bəyan edib. Yayılmış səs yazısında roverin silkələnməsi və gurultusunun da səsi var. Fevralın 22-də NASA həmçinin Perseverance-nin Marsın səthinə eniş videosunu da yaymışdı. Kadrlad mars aparatının bortunda quraşdırılmış kameralar vasitəsilə çəkilmişdi. Onların birində Marsın səthi göstərilir. İkincisində isə Marsın atmosferi, fəzası göstərilirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun