NASA Marsın səthindən yazılmış səs yazılarını yaydı

Nasanın çəkdiyi Marsın səthi.

ABŞ-ın milli aeronavtika və kosmik tədqiqatlar agentliyi (NASA) öz twitter səhifəsində yaxın günlərdə Marsa göndərilmiş Perseverance adlı roderin yazdığı səs yazılarını yayımlayıb.

“Marsı görəndən sonra indi də ona qulaq asın. Qulaqcıqlarınızı taxın və mikfonlardan biri ilə yazılmış ilk səsləri dinləyin” – deyə NASA-nın Perseverance roveri üçün twitter-də açdığı hesabda bəyan edib.

Yayılmış səs yazısında roverin silkələnməsi və gurultusunun da səsi var.

Fevralın 22-də NASA həmçinin Perseverance-nin Marsın səthinə eniş videosunu da yaymışdı. Kadrlad mars aparatının bortunda quraşdırılmış kameralar vasitəsilə çəkilmişdi. Onların birində Marsın səthi göstərilir. İkincisində isə Marsın atmosferi, fəzası göstərilirdi.