Lukaşenko oğlunu Milli Olimpiya Komitəsinə prezident təyin edib

Lukaşenko oğlunu Milli Olimpiya Komitəsinə prezident təyin edib
26 Fevral 2021
Mətni dəyiş
Belarus prezidentinin böyük oğlu Viktor Lukaşenko ölkənin Milli Olimpiya Komitəsinin prezidenti təyin edilib. Bu vəzifədə o atasını əvəz edib. Bu haqda Belarusiya dövlət xəbər agentliyi, BelTA məlumat yayıb. Ata Lukaşenko Milli Olimpiya Komitəsini 1997-ci ildən bəri idarə edir, 2019-cu ildən bəri isə o oğluna özünə müavin, yəni komitənin vitse-prezidenti təyin edib. Digər tərəfdən Belarus müxalifəti Aleksandr Lukaşenkonun bu addımının Beynəlxlaq Olimpiya Komitəsi tərəfindən sərt sanksiyalara səbəb olacağını gözləyir. Belarusda fəaliyyət göstərən müxalif Milli böhran əleyhinə komitənin təmsilçisi Vadim Krivoşeyev deyib ki, MOK-a qarşı cərimə addımları artıq yoldadır və bu cərimələr ata və oğul Lukaşenkolara yönələcək. Krivoşeyevin fikrincə prezidentin oğlunun ölkənin Milli Olimpiya komitəsinə rəhbər təyin edilməsi  beynəlxalq "Olimpiya xartiya"sının kobud pozulmasıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun