Kanada və Avstraliya 'Facebook'dan bu ölkələrdəki qazancına görə vergi verməyi tələb edir

Kanada və Avstraliya 'Facebook'dan bu ölkələrdəki qazancına görə vergi verməyi tələb edir
19 Fevral 2021
Mətni dəyiş

Sosial media nəhəngi 'Facebook' münaqişə üzündən Avstraliya və Kanada hökümətləri tərəfindən ağır təzyiqlərə məruz qalıb. Hər iki ölkə 'Facebook'a qarşı tədbirlər görəcəyini bəyan edib.

Kanadanın mədəniyyət naziri Stiven Qilbo şirkəti tənqid edib və bildirib ki, o 'Facebook'un ölkəsini dizüstə qoymasına imkan verməyəcək.

Münaqişə ondan qaynaqlanıb ki, Avstraliya höküməti 'Facebook', 'Google' və başqa internet nəhənglərinin kütləvi informasiya vasitələrinin sosial şəbəkələrə xərclədikləri reklam gəlirlərindən vergi tələb etməyə başlayıb.

Bu tələbdən sonra 'Facebook' yerli və xarici media xəbərlərini Avstraliyada yayımlamayacağını bildirib. Avstraliya nümayəndələr palatası isə artıq sosial şəbəkələrdən vergi tutma ilə bağlı qanun layihəsini qəbul edib, yaxın zamanda qanun Senatda da müzakirə olunacaq.

Kanadanın mədəniyyət naziri Stiven Qilbo isə bu cür qanunun onun ölkəsində də qəbul olunacağını bildirib. "Kanada bu mübarizədə ön xəttədir" - deyə o jurnalistlərə bildirib.

Avstraliyanın baş naziri Skot Morrison da planlarında qətiyyət göstərəcəklərini dilə gətirib. Avstraliya lideri artıq Britaniya, Kanada, Fransa və Hindistandan öz addımlarına dəstək aldıqlarını da qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun