İtaliyada 4 şirkət kuyerləri qul kimi işlətdiyi üçün bir milyard yarımdan çox cərimələnib

İtaliyada 4 şirkət kuyerləri qul kimi işlətdiyi üçün bir milyard yarımdan çox cərimələnib
25 Fevral 2021
Mətni dəyiş

İtaliyada məhkəmə onlayn sifarişlər alıb xidmət göstərən 4 şirkəti kuryerlərin təhlükəsizliyini təmin etmədikləri üçün ümumilikdə 733 milyon avro (1 milyard 500 milyon manat) cərimələyib.

Milan prokurorluğunun apardığı araşdırma çərçivəsində yemək xidməti göstərən JustEat, Uber Eats, Glovo, Deliveroo şirkətlərinin çatdırılma işini görən kuryerlərinə yönəlik təhlükəsizlik qaydalarını pozduqları məlum olub.

Buna görə də sözügedən 4 şirkətə ümumilikdə 733 milyon avro (1 milyard 500 milyon manat) pul cəzasl verilməsi qərara alınıb. Bununla bərabər, şirkətlər qarşısında 90 gün müddətində 60 min kuryerlə xidmət müqaviləsi bağlanılması tələbi qoyulub.

Françesko Qrekon məsələ ilə bağlı açıqlama verib. Prokuror deyib ki, kuryerlər qul deyil: "Artıq onların da qanuni qorunmaya ehtiyacı olan vətəndaşlar oludğunu deməyin zamanıdır", - deyə o, vurğulayıb.

Sözügedən araşdırmanın 2017-2020-ci illəri əhatə etdiyi bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun