İranlı diplomat Belçikada terrorçuluq ittihamı ilə 20 il azadlıqdan məhrum edilib

İranlı diplomat Belçikada terrorçuluq ittihamı ilə 20 il azadlıqdan məhrum edilib
5 Fevral 2021
Mətni dəyiş

Belçika məhkəməsi 2018-ci ildə Fransada İranın müxalifət qrupuna qarşı bomba hücumu planlaşdıran İran diplomat barəsində hökm çıxarıb. İranın Vyanadakı səfirliyində üçüncü yüksək vəzifəni tutan Əsədi 20 il azadlıqdan məhrum edilib. O, Almaniyada saxlanılaraq Belçikaya təhvil verilmişdi.

Bu iş üzrə Əsədidən başqa da 3 nəfər mühakimə olunub, onlar Parisdə yerləşən İran Milli Şurası Müqavimətinin mitinqinə bomba hücumu planlaşdırdıqmaqda ittiham olunub.

Tehran ittihamları dəfələrlə rədd edib.

Həbs edilən digər üç nəfər 15 ildən 18 ilədək həbs cəzasına məhkum edilib.

O, məhkəmə prosesində ifadə verməkdən imtina edərək, diplomatik toxunulmazlığının olduğunu iddia edib.

"Müvəkkilim bu gün onu təmsil etməyimi istədi. O, hakimlərə böyük hörmət etdiyini, lakin toxunulmazlıq statusu olduğu üçün hakimlərin onun mühakimə etməsinə icazə olmadığını dedi" - deyə, vəkili Dimitri de Beko məhkəmə binasının önündə jurnalistlərə bildirib.

1979-cu il İran inqilabından bəri ilk dəfədir ki, Avropa İttifaqı ölkəsi İran rəsmisinə qarşı terror ittihamı irəli sürüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun