İrəvanda müxalifət mərkəzi prospekti bağlayaraq gecəni orada keçirib

İrəvanda müxalifəyin parlamentin qarşısında qurduğu çadırlar.

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən “Vətənin Xilası Hərakatı”nın üzvləri bu gecəni paytaxtın mərkəzində yerləşən Baqramyan prospektində, ölkə parlamenti ilə üz-üzə olan emydanda qurduqları çadırda keçiriblər.

Onlar hakimiyyət dəyişikliyinin parlamentdə həll edilməsini istəyirlər.

Bu gün 13:00-da isə ölkə parlamentinin önündə müxalifətin böyük mitinqi başlayıb.

Qeyd edək ki, “Vətənin Xilası Hərakatı”ndan baş nazir postuna vahid namizəd olan Vazqen Manukyan dünən öz tərəfdarlarına müraciət edərək Baqramyan prospektini hər iki tərəfdən bağlamağa çağırıb. Daha sonra onlar prospektin üstündə çadırlar qurublar və orda gecələyiblər.

MƏNBƏHaykakan Jamanak
Əvvəlki məqalə“Qeydiyyata düşməyən şikayət” – Seymur Baycandan yeni hekayə
Növbəti məqalədəİlham Əliyev Ermənistandakı vəziyyətdən danışıb: Köçəryan və Sarkisyan 20 il ölkəni iflasa uğradıblar