İngiltərə 3 çinli casusu ölkədən qovduğunu deyir

İngiltərə 3 çinli casusu ölkədən qovduğunu deyir
5 Fevral 2021
Mətni dəyiş

İngiltərə ölkədən 3 çinli casusu qovduğunu açıqlayıb. 

Telegraph nəşrinin hökumətdəki mənbələrinin dediyinə görə, hər üç casus 12 ay müddətində İngiltərə ərazisində özlərini jurnalist kimi təqdim edərək yaşayıblar. Onların şəxsiyyəti müəyyən edildikdən sonra, ölkədən qovulublar.

3 fərqli Çin mediasında işlədiklərini deyən şəxslərin Çin Dövlət Təhlükəsizlik Nazirliyinin Xarici Kəşfiyyat bölməsinin əməkdaşı olduqları üzə çıxıb.

İngilis media audit şirkəti Ofcom ölkədə ingilis dilində yayımlanan Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) redaksiya məsuliyyətinin olmadığını əsas gətirərək dünən yayım lisenziyasını ləğv edib.

Telegraph nəşri bildirib ki, Britaniya hökuməti casusluq haqqında qanunvericiliyi yenidən nəzərdən keçirmək niyyətindədir. Qanun sərtləşdirilmiş və genişləndirilmiş düzəlişlərlə parlamentin müzakirəsinə daxil ediləcək. Britaniya parlamentinin növbəti sessiyası mayda başlayacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun