İlon Mask 199 milyard dollar varidatla dünyanın ən varlı adamı seçilib

İlon Mask 199 milyard dollar varidatla dünyanın ən varlı adamı seçilib
20 Fevral 2021
Mətni dəyiş

'SpaceX' və 'Tesla' şirkətlərinin yaradıcısı İlon Maskın varidatı 199,9 milyard dollara çatıb. Bu haqda 'Bloomberg Billionaires Index' məqalə dərc edib.

Amerikalı sərmayəçi hal-hazırda planetin ən varlı adamıdır. Ondan sonrakı sırada isə 'Amazon' şirkətinin rəhbəri Ceff Bezos dayanır. Bezosun varidatı 194,2 milyard dollardır.

İlon Mask 'Bloomberg Billionaires Index' siyahısına bu il yanvarın 7-də rəhbərlik etməyə başlayıb. 2017-ci ildən 2021-ci ilə qədər həmin siyahıya Ceff Bezos rəhbərlik edib.

İ.Mask 2020-ci ildə 'Microsoft' şirkətinin rəhbəri Bill Qeytsi geridə qoyaraq 2-ci yerə yüksəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun