Hindistandakı sel fəlakətinə CİA-nın Himalay dağlarındakı agent qurğuları səbəb olub?

Hindistanda Himalay dağlarının ətəyində salınmış Raini kəndinin sakinləri uzun illərdir dağların qarla örtülmüş zirvəsində nüvə qurğularının gizlədildiyinə inanır. 

Kənd sakinləri Uttarakhand bölgəsində 50-dən çox şəxsin ölümünə səbəb olan sel daşqınlarının bu cihazların partlamasından sonra meydana gəldiyini deyir. Elm adamları isə daşqının bir buzlaqın qopması səbəbindən yarandığını düşünür.

BBC-nin məlumatına görə, 250 ev olan kəndin bələdiyyə sədri Sangram Singh Rawat digər kənd sakinləri kimi elm adamlarının bu fikirlərini dəstəkləmir və sual verir ki, qışın ortasında buzlaq necə qopa bilər? O, hökumətin bu məsələni araşdırmasını və nüvə qurğularını tapmasını istəyir.

Raini kəndinin sakinlərinin qorxuları Amerikanın Hindistanla imzaladığı müqavilə çərçivəsində Çinin nüvə sınaqlarını izləmək üçün Himalayın bəzi hissələrinə yanacaqla işləyən nüvə cihazları quraşdırlan 1960-cı illərə kimi gedib çıxır.