Hesabat: "72 milyon uşaq istismar təhlükəsi ilə yaşayır"

Hesabat: "72 milyon uşaq istismar təhlükəsi ilə yaşayır"
18 Fevral 2021
Mətni dəyiş

"Uşaqların xilası" yardım təşkilatının  hazırladığı hesabata görə dünyada müharibə bölgələrində yaşayan təxminən 72 milyon uşaq istismar olunma təhlükəsi ilə üz-üzədir.

Təşkilatın Münhen Təhlükəsizlik Konfransı üçün hazırladığı rəqəmsal hesabatda müharibə bölgələrində ümumilikdə 426 milyon uşağın yaşadığını və bu qrupdan olan hər 6 uşağın birinin silahlı şəxslər tərəfindən istismara məruz qalma ehtimalının olduğu yazılıb.

Hesabata görə, təhlükə son 30 ildə 10 dəfə artıb. Xüsusilə, İraq, Yəmən, Kolumbiya, Somali, Cənubi Sudan və Suriyadakı uşaqların böyük təhlükə altında olduğu qeyd olunub.

Təşkilatın cinsi şiddət kimi alqıladığı hərəkətlərə cinsi təcavüz, cinsi köləlik, zorlama və bu kimi hərəkətlər daxildir.

Birləşmiş Millətlər Təşkilatının əlində olan sənədlərə görə isə "Uşaqların xilası" təşkilatının ortaya qoyduğu rəqəmlər daha aşağıdır.

BMT-nin hesabatına görə, 2006-cı ildən bu günə qədər müharibə bölgələrində 20 mindən çox uşaq istismara məruz qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun