Gürcüstanın baş nazirliyinə yeni namizəd Nika Meliyanı həbs etdirəcəyini elan edib

İrakli Qaribaşvili.

Gürcüstanın boş qalmış baş naziri polstuna namizəd olan İrakli Qaribaşvili bu gün hakim partiya tərəfindən parlamentdə təqdim olunub. O ölkənin içinə düşdüyü siyasi böhrandan danışarkən bu böhranda müxalifəti və xüsusilə “Vahid milli hərakat” partiyasının sədri Nika Meliyanı ittiham edib.

Qaribaşvili parlamentdəki kürsüdə çıxışı zamanı Nika Meliyanı müxalif partiyanın ldieri kimi yox, kriminal ünsür kimi gördüyünü və onun mütləq həbs olunmalı olduğunu dilə gətirib.

Fevralın 17-də Tbilisi şəhər məhkəməsi Meliyanı keçən ilin avqust ayında Tbilisidə olan iğtişaşların təşkilatçısı qismində mühakimə edərək həbs qərarı vermişdi. Fevralın 18-də polis Meliyanı həbs etməyə cəhd etmişdi. Həmin ərəfədə “Vahid milli hərakat” partiyasının fəalları partiya qərargahı önünə toplaşaraq polisi binaya buraxmamışdı. Elə həmin gün müxalifət partiyasının liderinin həbsi təxirə salındı və ölkənin baş nazirir Georgi Qaxariya ölkədə qarşıdurmaların yaradılmasından çəkindiyi üçün öz postundan istefa vermişdi. Qaxariya istefa verərkən hakim partiyanın rəhbərliyi və iqtidar nümayəndələrinin bir çoxu ilə fikir ayrılıqları olduğunu dilə gətirmişdi.

Baş nazir vəzifəsinə yeni namizəd İrakli Qaribaşvili isə çıxışında deyib ki: “Qanun hamı üçün tətbiq olunamlıdır. Ölkədə qayda-qanun olmalıdır və bütün insanlar, bütün təşkilatlar qanunlara tabe olmalıdır. Mən buna qarantiya verirəm”. Qaribaşvili əlavə edib ki, Meliya buna qədər “Cartu” bankın iflasına görə mühakimə olunub, ona görə də o əslində kriminal ünsürdür.