Gürcüstanda dövlət bayraqları endirildi, sovet işğalının 100-cü ildönümü tamam olur

Bu gün Gürcüstanda sovet işğalının 100-cü ildönümü tamam olur.

Bununla bağlı hökumət administrasiyası, parlament və ölkə üzrə bütün dövlət qurumlarının binalarında bayraqlar endirilib.

1921-ci il fevralın 25-də Qırmızı ordu Tbilisiyə daxil olub və Gürcüstan Demokratik Respublikasını devirib.

Gürcüstan parlamentinin 21 iyul 2010-cu il tarixli qərarı ilə fevralın 25-i ölkədə Sovet işğalı günü elan olunub.

Əvvəlki məqaləFevralın 25-nə keçən gecə Bakıda 9 dərəcəyədək şaxta olacaq
Növbəti məqalədəİtaliyada 4 şirkət kuyerləri qul kimi işlətdiyi üçün bir milyard yarımdan çox cərimələnib