Gürcüstan müxalifəti yaxın iki həftədə genişmiqyaslı mitinqlər planlaşdırıb

Gürcüstanda mitinqlər.

Gürcüstanın paytaxtı Tbilisidə hal-hazırda müxalifətin böyük etiraz mitinqi keçirilir. Bu dəqiqələrdə etirazçılar hökümət dəftərxanasının önünə doğru irəliləyirlər, eyni zamanda ölkə Parlamentinin önündə də konsert üçün səhnə və çadırlar qurulub.

Minlərlə insan əvvəlcə şəhərin mərkəzində oturaq aksiya keçirib, sonra isə isə parlament binasının önünə doğru irəliləyib. Burda müxalifət liderləri yaxın iki həftədə keçiriləcək aksiyalarla bağlı elanlar ediblər.

Etirazçıların planları budur ki – parlament önündə, hökümət dəftərxanası önünündə, Daxili İşlər Nazirliyi önündə və Tbiliri şəhər məhkəməsi önündə etiraz piketləri keçirsinlər, axırda isə genişmiqyaslı mitinqlərlə davam etsinlər.

MƏNBƏGeorgia onlayn
Əvvəlki məqaləBu il ilk dəfə Amerika və Rusiyadan Suriyaya hava zərbələri
Növbəti məqalədəPrezident İlham Əliyev: “Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası labüd prosesdir”