'Financial Times' Baydenin Ərdoğana niyə zəng etməməsindən yazıb

'Financial Times' Baydenin Ərdoğana niyə zəng etməməsindən yazıb
18 Fevral 2021
Mətni dəyiş

Britaniyanın 'Financial Times' nəşri ABŞ prezidenti Co Baydenin Yaxın Şərqə yanaşmasını təhlil edib. Türkiyəyə aid detalların da olduğu məqalədə qeyd olunub ki, Türkiyə S-400 məsələsində güzəştə getməyə hazırdır.

David Gardnerin müəllifi olduğu məqalədə Bayden rəhbərliyindəki Ağ Evin avtokratik müttəfiq olaraq qəbul edilən Yaxın Şərqi dəyişdirmək üçün səssiz diplomatiyadan istifadə etdiyi yazılıb.

Baydenin Yaxın Şərq ölkələrinin liderlərinə zəng etməkdə o qədər maraqlı olmamasını isə müəllif öyrənilmiş siyasətin çərçivəsindən kənar siyasət kimi qəbul edir.

Müəllif Baydenin 75 illik müttəfiqi Məhəmməd İbn Salmana və NATO müttəfiqi Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etməməsinə diqqət çəkərək qeyd edib ki, hətta bölgədə uzun müddətdir ABŞ-ın siyasətinin mərkəzində olan Misirin prezidenti Əbdül Fəttah əs-Sisi də danışılmayan liderlər arasındadır.

Məqalədə qeyd olunub ki, Ərdoğan Amerikadakı seçkilərin nəticələrini gözləyərək bir daha praqmatik tərəfini göstərib:

"Türkiyə son 5 ildə ilk dəfə Şərqi Aralıq dənizindəki olaylarla bağlı Yunanıstanla dialoa girib və Qərbin Rusiyadan alınan S-400 məsələsindəki mövqeyini nəzərə alır, güzəştlərə hazır olduğunu göstərir", - deyə Britaniya nəşri yazır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun