Fevralın 25-nə keçən gecə Bakıda 9 dərəcəyədək şaxta olacaq

Fevralın 25-də ölkə ərazisində soyuq hava şəraiti davam edəcək, qar yağması davam edəcək və  günortaya yaxın kəsiləcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 9, səhər 4 dərəcəyədək şaxta olacaq, gündüz 0 dərəcəyə yaxın olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Ölkə rayonlarında da analoji hava şəraiti olacaq. Havanın temperaturu aran rayonlarında gecə -5 dərəcəyədək şaxta, gündüz  + 5 dərəcə olacaq. Dağlarda gecə -15 dərəcəyədək, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

MƏNBƏTuran
Əvvəlki məqaləHəbsxanada olan gürcü müxalifət partiyasının lideri hökümətdən televizor tələb edir
Növbəti məqalədəGürcüstanda dövlət bayraqları endirildi, sovet işğalının 100-cü ildönümü tamam olur