Ermənistanda ordu Paşinyanı istefaya çağırdı, Paşinyan da tərəfdarlarını küçələrə

Nikol Paşinyan

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Baş Qərargah rəisi Onik Qasparyan və yüksək rütbəli komandirlər Baş nazir Nikol Paşinyanı istefa verməyə çağıran bəyanat yayıblar. 

Ermənistan Baş naziri isə ordu rəhbərliyinin bu bəyənatını “Dövlət çevrilişinə cəhd” kimi dəyərləndirib və tərəfdarlarını küçələrə çıxmağa çağırıb.

Nikol Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı vəzifədən azad etdiyini elan edib.

Ermənistanın işğal etdiyi Qarabağda Azərbaycan ordusu qarşısında məğlubiyyətindən sonra ölkə ərazisində Paşinyanı istefaya çağıran bir neçə aksiya keçirilib.

Əvvəlki məqaləABŞ Camal Qaşıqçı qətlinin detallarını açıqlamağa qərar verib
Növbəti məqalədəAram Qabrielyan: “Müharibə boyu Paşinyan cəmi bir dəfə “İskəndər” raketindən istifadə etməyə izn verib”