Ekvadorda həbsxanalarda üsyan, 60-dan çox məhbus öldürülüb

Ekvadorda həbsxanalarda üsyan, 60-dan çox məhbus öldürülüb
24 Fevral 2021
Mətni dəyiş

Cənubi Amerika ölkəsi Ekvadorda 3 ayrı yerdə yeləşən həbsxanada üsyan olub.

Təhüləkiszlik qüvvələri üsyanları yatırtmaq üçün həbsxanalara müdaxilə həyata keçirib, nəticədə 60-dan çox məhkum öldürülüb. Sosial mediada yayılan görüntülərdə bəzi məhkumların başları kəsilərək öldürüldüyü iddia edilib.

Ekvador mətbuatının yaydığı məlumatlara görə, Guayaquil, El Turi ve Cotopaxi şəhərlərində baş verən üsyanlarda təhlükəsizlik qüvvələrinin də əməkdaşları xəsarət alıb. Polisin yaydığı ilkin rəqəmlərə görə, 2 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Rəsmilər çoxlu sayda təhlükəsizlik əməkdaşlarının hadisə yerində əməliyyat apardığını və həbsxanada nəzarəti ələ almağa çalışdığını bildirib: "Müxtəlif vaxtlarda fərqli həbsxanalarda cinayətkar qruplar eyni vaxta təyin olunan üsyanlar həyata keçiriblər. İndi baş verən hadisələrin də qarşısı alınacaq", - deyə ölkə prezidenti Lenin Moreno Tvitterdə verdiyi açıqlamada qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun