CIA: “Qaşıqçının öldürülməsinin təlimatını Məhəmməd ibn-Salman verib”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda baş verən Camal Qaşıqçı cinayəti ilə bağlı hesabat yayıb.

Hesabatda Qaşıqçının tutulması və öldürülməsi barədə təlimatı Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn-Salmanın verdiyi bildirilib: “ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin araşdırmalarına görə Camal Qaşıqçının tutulmasının və öldürülməsinin təlimatını Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn-Salman verib. Cinayətdə vəliəhdi müşaviri və təhlükəsizlik xidmətinin əməkdaşları da iştirak edib. Araşdırmanın gəldiyi ümumi nəticələrə görə, Məhəmməd bin Salman Səudiyyə Ərəbistanınındakı qərar mexaniziminə rəhbərlik edir”, – deyə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatında qeyd olunub.

Hesabat 2018-ci ildə hazırlansa da, Tramp hakimiyyəti detalları ictimayət üçün açmayıb.

Səudiyyə Ərəbistanı isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatını qətiyyətlə rədd edib və bildirib ki, hesabat təhqir və böhtandan ibarətdir: “Bo qorxunc cinayəti pisləməyimizə, növbəti belə cinayətlərin qarşısını almaq üçün çalışmağımıza baxmayaraq həqiqəti əks etdirməyən belə hesabatları qətiyyətlə rədd edirik”, – deyə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyindən bildirilib.

Əvvəlki məqaləƏfv Məsələləri Komissiyası ardıcıl iclaslar keçirir
Növbəti məqalədəNavalnın saxlanıldığı həbsxana ailəsinə məlumat verilmədən dəyişdirilib