BMT-nin yeni hesabatına görə ətdən istifadə ətraf-mühitə misilsiz zərərlər vurur

BMT-nin yeni hesabatına görə ətdən istifadə ətraf-mühitə misilsiz zərərlər vurur
17 Fevral 2021
Mətni dəyiş
BMT-nin ekoloji proqramı UNEP-lə insan araşdırmaları təşkilatı Chatham-ın birlikdə hazırladığı hesabatda ətraf mühit və təbiətə vurulan zərərlərin azaldılması üçün dünya boyu ətdən istifadənin azaldılmasının vacibliyi vurğulanıb. Fevralın 4-də yayımlanan hesabatda dünyada təbiətə ən çox zərər verən ünsirlərdən birinin ətdən istifadə olduğu qeyd edilir. Hesabatda bioloji rəngarənglik və ekoloji cəhətdən həssas yaşayır ərazilərinin qorunması üçün bitki tərkibli qidaların istifadəsinin artırılması vurğulanıb. Bundan əlavə əkin ərazilərinin daha çox qorunması və əkinlərin ətraf mühitə zərir verməməsi haqda da xəbərdarlıqlar edilib. Araşdırmada dünya boyu ət sənayesinin və aqrar sektorun ətraf mühitə verdiyi zərərlərin nəticəsində son 50 ildə bioloji çeşitliliyin bütün dünya tarixində indiki qədər azalmadığı qeyd olunur. Bunun ən mühüm səbəbi də ekoloji sistemlərin heyvanlar üçün ot və digər yem tədarükü üçün istifadəsidir. Hesabatda həmçinin qeyd olunur ki, aqrar sektorda istifadə olunan pestisidlərin və monokulturaların (bir yerə bir tək bitkinin əkilməsi) əkilməsi nəticəsində əkin ərazilərinə çevrilən təbii meşələrin sayı gün-gündən artır. Həmçinin ət istehsalı üçün böyük miqdarda yanacaqların istifadəsi, gübrə və suyun ətraf mühitə verdiyi zərərlər haqda da hesabatda bəhs olunur. UNEP və Chatamın birgə hesabatında təbii ekosistemlərin yox olması ucbatından bir çox məməli heyvan, quş və böcəyin yaşayış areallarını itirdiklər də diqqəti çəkib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun