Bayden Trampın qoyduğu "green card" məhdudiyyətini ləğv edib

Bayden Trampın qoyduğu "green card" məhdudiyyətini ləğv edib
25 Fevral 2021
Mətni dəyiş
 ABŞ prezidenti Co Bayden (Joe Biden) keçmiş prezident Donald Trampın (Donald Trump) "green card"la bağlı qəbul etdiyi məhdudiyyətləri ləğv edib.
Bayden ABŞ-da yaşamağa və işləməyə imkan verən "green card"dakı məhdudiyyətlərin ölkənin mənafeyinə xidmət etmədiyini və ölkənin iqtisadiyyatına zərər verdiyini bildirib. Xatırladaq ki, keçmiş prezident Donald Tramp keçən il koronavirus (Covid-19) pandemiyasının yaratdığı işsizliyi səbəb göstərərək "ABŞ vətəndaşlarını qorumaq üçün" xarici işçilərin ölkəyə girişini təmin edən "green card" tətbiqetməsini məhdudlaşdırmışdı. Tramp öz qərarını amerikan kadrlarını qorumaq üçün gərəkli şərt adlandırırdı və bununla pandemiya dövründə yüksək işsizliyin qarşısını almağı hədəflədiyini deyirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun