Bayden hökuməti də Culian Assancın ekstradisiya edilməsi tələbindən imtina etməyib

Bayden hökuməti də Culian Assancın ekstradisiya edilməsi tələbindən imtina etməyib
11 Fevral 2021
Mətni dəyiş

Amerikanın yeni prezidenti Co Baydenin işə başlaması “WikiLeaks”in yaradıcısı Culian Assanc ölkəyə ekstradisiya edilməsi tələbində heç bir dəyişikliyə səbəb olmayıb. 

Amerikanın Ədliyyə Nazirliyinin sözçüsü keçən ay İngiltərə məhkəməsinin Assancı Amerikaya ekstradisiya etməməklə bağlı çıxartdığı qərarının dəyişdirilməsi üçün addımlarını davam etdirəcəklərini bildirib.

Dünən ACLU, Amnesty International və Jurnalistləri Qoruma Komitəsi kimi aparıcı təşkilatlar tərəfindən imzalanan çağırış Mətbuat Azadlığı Dərnəyi tərəfindən Bayden kabinetinə təqdim edilib: "İttihamlarda göstərilən səbəblər mətbuat azadlığının bir parçası olduğundan, Assancla bağlı baş verənlər mətbuat azadlığını təhdid edir", - deyə çağırışda qeyd olunub.

Ötən ay İngiltərə məhkəməsi psixi sağlamlıq problemlərini və intihar riskini nəzərə alaraq “WikiLeaks”in yaradıcısı Culian Assancın Amerikaya ekstradisiya edilməməsi ilə bağlı qərar çıxarmışdı. Bir çox Beynəlxaql təşkilatlar bu qərarı müsbət qiymətləndirmişdi.

Culian Assanc ABŞ tərəfindən espionaj və hökumət kompüterlərindən məlumat sızdırmaq səbəblərindən 18 ittiham üzrə axtarışdadır. Bu ittihamlara görə, C.Assanc ABŞ-a ekstradisiya edilsə, 175 illik həbs edilə bilər. Culian Assanc hazırda Britaniyada Belmarş həbsxanasında saxlanılır. O, 2012-ci ildə Londondakı Ekvador səfirliyindən siyasi sığıncaq almışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun