Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən sağalanların sayını üstələyir

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən sağalanların sayını üstələyir
24 Fevral 2021
Mətni dəyiş
Ötən gün Azərbaycanda koronavirusa 223 yeni yoluxma faktı qeydə alınıb. Xəstəliyə yoluxanların sayı ardıcıl olaraq bir neçə gündür ki, yavaş-yavaş da olsa, artır. Ötən gün sağalananların sayı 176 nəfər təşkil edib, iki nəfər vəfat edib, xəbəri fevralın 23-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Ölkədə xəstəliyə yoluxanların ümumi sayı 233 424 nəfərə çatıb, onların 228 012 nəfəri sağalıb, 3204 nəfəri isə vəfat edib. Aktiv xəstə sayı 2208 nəfər təşkil edir. Ötən gün ərzində 8043 test aparılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun