AXCP sədrinin müavini Seymur Həzi saxlanılıb

AXCP sədrinin müavini Seymur Həzi AXCP-nin Xocalı Soyqırımının 29-cu il dönümü səbəbi ilə “Ana harayı” abidəsinə ziyarəti zamanı polislər tərəfindən saxlanılıb. 

Özünü videobloqer adlandıran Ata Abdullayev AXCP-nin ziyarətinə mane olmağa çalışıb, buna etiraz edən partiya sədrinin müavini polislər tərəfindən saxlanılıb.

Onun 37-ci polis bölməsinə aparıldığı bildirilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmadı.

Əvvəlki məqaləPrezident İlham Əliyev: “Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası labüd prosesdir”
Növbəti məqalədəƏfv Məsələləri Komissiyası ardıcıl iclaslar keçirir