Avropa İttifaqı Navalnın həbsinə görə Rusiyaya sanksiya tətbiq edib

Avropa İttifaqı Navalnın həbsinə görə Rusiyaya sanksiya tətbiq edib
23 Fevral 2021
Mətni dəyiş

Avropa İttifaqına üzv ölkələrin Xarici İşlər nazirləri Rusiya müxalifətinin lideri Aleksey Navalnın həbsi ilə əlaqədar Rusiyaya sanksiya tətbiq edilməsinə qərar verib.

Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Cozep Borrell Rusiyanı avtoritar adlandırıb.

Ali Komissar deyib ki, Navalnının tutumasında və qanunsuz mühakimə olunmasında hansısa formada iştirak edən şəxslər də daxil olmaqla, ümumilikdə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər görməklə bağlı qərar verdik: "Bu məhdudlaşdırıcı tədbirlərlə Avropa İttifaqının 2020-ci ildə başlatdığı Qlobal İnsan Haqları Sanksiya Rejimini ilk dəfə istifadə edirik", - deyə o, əlavə edib.

Sanksiyaların hazırlanması prosesinin bu gündən etibarən başladığını qeyd edən Borrell konkret təkliflər verildiyini və detalların bir həftə ərzində hazır olmasının gözlənildiyini bildirib.

Xəyal qırıqlığı...

Rusiya Xarici İşlər Nazirliyi sanksiya qərarı ilə bağlı açıqlama yayıb. Nazirliyin açıqlamasında Avropa İttifaqının bu qərarının xəyal qırıqlığı yaratdığı qeyd olunub: "Avropa İttifaqına üzv ölkələrin Xarici İşlər nazirlərinin uydurma bəhanələrlə Rusiya vətəndaşlarına yönəlik sanksiya qərarı xəyal qırıqlığı yaradır", - deyə bildirilib. Müxalifət liderinin həbsi...

Avqust ayında Sibirdən Moskvaya qayıdarkən təyyarədə səhəti pisləşən 44 yaşlı Rus müxalifət lideri Aleksey Navalnının zəhərləndiyi iddia edilib. Navalnı 22 avqustda xüsusi təyyarədə müalicə üçün Omsk-dan Berlinə aparılıb.

Almaniya Rusiya müxalifətinin liderinin zəhərləndiyindən əmin olduqlarını açıqlamışdı. Navalnı müalicəsini başa vurduqdan sonra, bu ilin 17 yanvarında öz ölkəsinə qayıdıb.

Moskvanın Simonski məhkəməsi, fevralın 2-də müxalifət lideri Aleksey Navalninin indiyə kimi olan şərti cəzasını gerçək həbs cəzası ilə əvəz edib. Onun barəsində 2014-cü ildə "İv Roşe" işi ilə bağlı çıxarılmış 3 il yarımlıq şərti cəza yenidən qüvvəyə minib.

Məhkəmənin qərarında deyilir ki, Navalnı bu cəzanın 2 il yarımını çəkəcək, çünki o 2014-cü ildə bir müddət ev məhbusu olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun