Aram Qabrielyan: “Müharibə boyu Paşinyan cəmi bir dəfə “İskəndər” raketindən istifadə etməyə izn verib”

Jurnalist Aram Qabrielyan.

Rusiyada fəaliyyət göstərən erməni jurnalist, “İzvestiya” qəzetinin rəhbərlərindən biri Aram Qabrielyan Ermənistanın baş naziri Paşinyanın rus “İskəndər” raketlərinin keyfiyyətsizliyi ilə bağlı şərhinə cavab verib. O bu haqda öz Telegram kanalında yazıb.

“Mən bu mövzuda hər şeyi deyə bilmərəm, ancaq Ermənistan ordusunun baş qərargah rəisi Onik Qasparyanla olan söhbətlərimizdən bir hissəsini deyəcəyəm. Belə ki, təqribən bir ay əvvəl Moskvada Onik Qasparyanla ağır və uzun bir görüşümüz oldu. Söhbət əsnasında Onik mənə dedi ki, Qarabağ müharibəsinin üçüncü günündə ordunun qərargah rəisi kimi “İskəndər” raketlərini iki strateji obyekti vurmaq üçün istifadə etməyə qərar verdim. Bunlardan biri Bakı-Ceyhan neft kəməri, biri isə başqa bir strateji obyekt idi. Paşinyan buna qəti şəkildə qadağa qoydu. Ancaq ruslar bu silahları bizə verəndə nə üçün istəsək istifadə edə biləcəyimizi demişdilər. Şuşanın süqutundan üç gün əvvəl Paşinyandan bu silahı yenidən istifadə etmək icazəsi istədik. Məqsədimiz Şuşanın aşağısında toplanmış düşmənə məxsus böyük canlı qüvvəni məhv etmək idi. O yenə də bizim təklifimizə qəti yox cavabı verdi, dedi ki, biz bir dəfəyə minlərlə düşmən əsgərini öldürsək dünya ictimaiyyəti bizə qarşı çıxar.

Onik Qasparyan həmçinin dedi ki, “İskəndər” raketlərini cəmi bir dəfə istifadə etməyə izn verildi, o da Şuşaya girmiş düşmən ordusunu vurmaq üçün idi. Biz onları vurduq və şəhəri qorumaq üçün bir neçə tank yeridə bildik. Ondan cəmi iki gün sonra mənə əmr gəldi ki, Şuşanı boşaldım” – deyə Aram Qabrielyan öz Telegram kanalında yazıb.

Əvvəlki məqaləErmənistanda ordu Paşinyanı istefaya çağırdı, Paşinyan da tərəfdarlarını küçələrə
Növbəti məqalədəBayden Trampın qoyduğu “green card” məhdudiyyətini ləğv edib