Anar Məmmədli: "Parlamentin ölkə başçısının siyasətini dəstəkləmək kimi bir öhdəliyi yoxdur"

Anar Məmmədli: "Parlamentin ölkə başçısının siyasətini dəstəkləmək kimi bir öhdəliyi yoxdur"
2 Fevral 2021
Mətni dəyiş

1 fevralda Azərbaycan Respublikası Milli Məclisinin plenar iclası baş tutub. Milli Məclisin sədri Sahibə Qafarova çıxışı zamanı bildirib ki, Milli Məclis prezidentin apardığı siyasəti dəstəkləmək üçün əlindən gələni edir. 

Xüsusən sonuncu Qarabağ müharibəsi dövründə müxtəlif millət vəkillərindən ard-arda bu kontekstdə fikirlər səsləndirilib. Bəs görəsən, əslində Azərbaycan Respublikası Milli Məclisinin prezidentin siyasətini dəstəkləmək kimi bir öhdəliyi varmı? Milli Məclisin prezidentin apardığı siyasəti dəstəkləmək üçün əlindən gələni etməsi düzgündür? Bundan əvvəl Milli Məclisin deputatları Könül Nurullayeva Bəhruz Məhərrəmov mətbuata verdikləri açıqlamlara görə parlamentdə töhmət alıblar. Parlament bunu onunla əsaslandırıb ki, millət vəkillərinin fikirləri Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü siyasətə ziddir.

O vaxt parlametin deputatları bu qərara haqq qazandırsa da, ictinayət nümayəndələri qərarı tənqid etmişdilər: "Millət vəkilinin siyasi fikirləri qəbul etmək, rədd etmək və alternativ fikir söyləmək hüququ var", - deyə hüquqşünas Ələsgər Məmmədli bildirmişdi.

Sahibə Qafarovanın açıqlması isə bu mövzunu yenidən başqa formada gündəmə gətirib.

"Milli Məclisin belə bir öhdəliyi yoxdur" 

Məsələ ilə bağlı, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə danışdıq. Anar Məmmədli deyir ki, Azərbaycan parlamentinin ölkə başçısının siyasətini dəstəkləmək kimi bir öhdəliyi yoxdur.

Onun sözlərinə görə, hətta parlamentə üzv olan şəxslərin də ayrı-ayrılıqda belə bir öhdəlikləri yoxdur: "Nə Azərbaycan Respublikasının Konstitusiyası, nə də qüvvədə olan normativ aktlar Milli Məclisin qarşısına elə bir öhdəlik qoymur ki, mütləq dövlət başçısının siyasətini dəstəkləməlidirlər və bunun üçün çalışmalıdırlar", - deyə o, vurğulayıb.

Anar Məmmədli deyir ki, bu açıqlamanın və fəaliyyətin əsas səbəbi Milli Məclisin müstəqil dövlət orqanı olmamasıdır.

Onun sözlərinə görə, Azərbaycan parlamenti müstəqil olmadığı üçün, orada olan millət vəkillərinin də müstəqil fikirləri yoxdur: "Azərbaycan parlamenti 1995-ci ildə mövcud Konstitusiya qəbul olunandan etibarən müstəqilliyini itirib. Parlamentdə birqayda olaraq həm bitərəf deputatlar, həm də hakim çoxluğa aid olan deputatlar müstəqil fikir səsləndirə bilmirlər. Əksəriyyət ölkə başçısının və hökumətin siyasətini dəstəkləyir. Ona görə də bu gün parlamentin əlahiddə bir funksiyasından danışmaq əbəsdir", - deyə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun