ABŞ Camal Qaşıqçı qətlinin detallarını açıqlamağa qərar verib

ABŞ Camal Qaşıqçı qətlinin detallarını açıqlamağa qərar verib
25 Fevral 2021
Mətni dəyiş

Ağ Evdən verilən açıqlamaya görə hökumət jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı səfirliyində öldürülməsinə dair hesabatı yaxın vaxtlarda açıqlayacağını bildirib. 

Mövzuya yaxın mənbələr gizliliyi götürüləcək ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) hesabatında Səudiyyə vəliəhdi Məhəmməd ibn-Salmanın cinayətdə ittiham olunduğunu deyir.

Bundan əvvəl Ağ Ev prezident Co Baydenin hədəfinin vəliəhd yox, kral Salman olduğunu bildirərək, Tramp hökumətinin yürütdüyü siyasətin tam əksi bir siyasət yürüdəcəklərinin mesajını vermişdi.

Bayden və Kral Salman ibin-Əbdüləziz arasında ilk telefon danışığının yaxın vaxtlarda baş tutacağı gözlənilir. Vəliəhd Məhəmmədin də bu görüşdə iştirak edib-etməyəcəyi bilinmir.

Səudiyyə Ərəbistanının rəsmi dövlət kanalı SPA 35 yaşındakı vəliəhdin paytaxt Riyadda uğurlu Appendisit əməliyyat keçirdiyini bildirib. Məlumata görə sağlıq vəziyyəti yaxşı olan vəliəhd əməliyyatın ardından xətəxanadan maşınına gəzərək gedib.

Camal Qaşıqçı işi...

C.Qaşıqçı 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı səfirliyində öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq C.Qaşıqçının paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin Baş Konsulluqdan çıxarılması səhnəsini quraşdırmaqla Səudiyyə Ərəbistanı jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyib. Bununla da Camal Qaşıqçının itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırıbmış.

Lakin oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib yerli “Ekberiye” telekanalına müsahibəsində jurnalistin öldürülməsinin əvvəlcədən planlaşdırıldığını deyib.

Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman isə Ər-Riyadda keçirilən "Future Investment Initiative" beynəlxalq iqtisadi forumunda çıxışı zamanı bildirib ki, jurnalist Camal Qaşıqçının ölkəsinin İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilməsi təəssüf doğurur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bu barədə çıxış edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun