Almaniya bir vətəndaşını Rusiyaya cəsusluqda ittiham edir

Almaniya bir vətəndaşını Rusiyaya cəsusluqda ittiham edir
26 Fevral 2021
Mətni dəyiş

Almaniyanın Baş Prokurorluğu bir vətədanşını Rusiyaya cəsusluqda ittiham edir. Baş Prokurorluğun rəsmi saytında yayılan məlumata görə, Jens F adlı Almaniya vətəndaşı Rusiyaya dövlət sirri hesab olunan informasiyalar ötürüb. 

Belə ki, prokurorluğun ittihamına görə, Jens F 2007-ci ildə Bundestaqın binasındakı tikililərin planı barədə məlumatları Rusiya səfirliyinin hərbi kəşfiyyatla əlaqəli bir işçisinə ötürüb.

Bundan əvvəl Qərb dairələrinin Rusiyanın Şimal Axını-2 layihəsinə sanksiyalarını pisləyən Almaniya ilə Rusiyanın münasibətlərində son dövrlər Rusiya müxalifətinin lideri Navalnı ilə bağlı soyuqluq yaşanır.

Belə ki, Aleksey Navalnı Rusiyada halı pisləşdikdən sonra Almaniyaya aparılmış və orada məlum olmuşdur ki, o, xüsusi labaratoriyalarda hazırlanmış maddə ilə zəhərlənib. Almaniya bu məsələdə Rusiyanı ittiham etmişdi.

Bununla bərabər, bir müddət əvvəl Navalnının azad olunması tələbi ilə keçirilən aksiyalarda iştirakına görə Rusiya Xarici İşlər Nazirliyi (XİN) Almaniya diplomatlarını "Arzuolunmaz şəxslər" siyahısına salıb, ölkədən qovmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun