ABŞ-da ağciyər xərçəngi olan konqresmen koronavirusdan ölüb

ABŞ-da ağciyər xərçəngi olan konqresmen koronavirusdan ölüb
9 Fevral 2021
Mətni dəyiş

ABŞ Nümayəndələr Palatasının üzvü Ron Wright koronavirusa epidemiyasından vəfat edən ilk konqresmen olub.

Respublikaçı Texas vəkilinin ofisindən verilən açıqlamada 67 yaşlı Wrightin 7 fevralda Dallasdakı Baylor xəstəxanasında öldüyü bildirilib.

Açıqlamada qeyd olunub ki, 2019-cu ildə ağciyər xərçəngi diaqnozu qoyulan konqresmenin bir tərəfdən müalicəsinə davam etdirib, digər tərəfdən vəzifəsini. Ancaq 21 yanvarda koronavirusa yoluxduqdan sonra, xəstəxanaya aparılıb. Xəstəliyin ilk günləri konqresmen özünü normal hiss etsə də, sonradan vəziyyəti ağırlaşıb.

3 noyabr 2020-ci il seçkilərində qalib gələrək millət vəkili statusu alan respublikaçı Luke Letlow da keçən ilin sonunda konqresdəki vəzifəsinə başlamazdan əvvəl Covid-19-dan vəfat edib. Ümumilikdə Amerika koronavirusdan ən çox təsirlənən ölkə olub. Son statistikaya görə, ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 86 928 yoluxma halı qeydə alınıb, 1268 nəfər vəfat edib.

Bu barədə Con Hopkins Universiteti məlumat yayıb. Ümumilikdə isə ABŞ-da koronavirusa yoluxanların sayı 27 milyonu ötüb. İndiyədək COVID-19-dan ölənlərin sayı 463 mindən çoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun