Əfv Məsələləri Komissiyası ardıcıl iclaslar keçirir

Əfv Məsələləri Komissiyası ardıcıl iclaslar keçirir
27 Fevral 2021
Mətni dəyiş

Ardıcıl olaraq bir müddətdir toplaşan Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası bu gün də növbəti iclasını keçirəcək.

İclasda komissiyaya daxil olan digər müraciətlərə baxılacaq.

İndiyədək komissiyanın 3 iclası keçirilib və 350-dən çox müraciətə baxılıb.

Komissiya keçirilən ötən iclaslarında baxılan müraciətlərin kateqoriyalarını da açıqlayıb.

Komissiyanın indiyədək keçirilən iclaslarında əsasən yol-nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun